Əgər eviniz üçün su filteri almaq qərarına gəlmisinizsə, təbii ki, sizi düşündürən bir çox suallar olacaq. Məsələn, su filtrinin gələcək baxım xərcləri, suyu hansı formada təmizləməsi, təmizləndikdən sonra istifadəsi, quraşdırılması vəs. ən çox verilən suallar sırasındadır.
Bu yazımızda su filteri haqqinda bizə ən çox verilən suallara nəzər yetirəcəyik və hər bir sualı ətraflı şəkildə cavablandıracağıq.
Cavab: İnsanları ən çox maraqlandıran və onları narahat edən məhz bu mineral məsələsidir. Əslində su filtrinin işi suda olan iri və kiçik çirkləndiriciləri, həmçinin xloru, ağır metalları və ərpləşməyə səbəb olan mineralları aradan qaldırmaqdır. Ancaq su filtrlərinin bir çoxu mineral filtr ilə təmin olunur. Bu filtr suyun mineral səviyyəsini lazımi qədər artırır və standart göstəricidə stabilləşdirir.
Həmçinin oxuya bilərsiniz: Su filtri nədir və nə üçün istifadə etməliyik?
Həmçinin oxuya bilərsiniz: Filtr suyu necə təmizləyir?
Cavab: Filtrlərin dəyişdirilməsini konkret bir vaxtla müəyyən etmək çətindir. Çünki filtrlərin ömrünə təsir edən bir çox məqamlar var. Su filterinin növü, cihazın quraşdırıldığı ərazidəki suyun keyfiyyəti və istifadə tezliyi filtrlərin dəyişim müddətinə ciddi şəkildə təsir göstərir.
Ümumi olaraq onu qeyd edə bilərik ki, önləyici filtrləri ortalamaq olaraq 6-9 aydan, membran və digər filtrləri isə 12-24 aydan bir yeniləmək məsləhət görülür. Bu müddəti məhsulu satın alan zaman mütəxəssislərlə dəqiqləşdirməyiniz məsləhət görülür.
Cavab: Mətbəx üçün su filteri cihazlarını asanlıqla sökmək və onu yenidən quraşdırmaq mümkündür. Yəni, siz su filtrinizi istənilən zaman istənilən yerə köçürə bilərsiniz. Köçürmə zamanı həm cihazın quraşdırıldığı əvvəlki ünvanda, həm də yeni ünvanda təhlükəsizlik tədbirləri görülməlidir. Ona görə də bu işdə peşəkar servis əməkdaşından yardım almağınızı məsləhət görürük.
Cavab: Mətbəx üçün nəzərdə tutulmuş su fileri cihazı prinsipcə quyu sularını da təmizləmək gücündədir. Amma bu sistemlər quyu suyuna quraşdırılarsa, çox qısa müddətdə filtrlər sıradan çıxacaq və tez-tez filtrləri yeniləməyə məcbur olacaqsınız. Quyu sularının təmizlənməsi üçün isə xüsusi su təmizləmə sistemləri tətbiq olunmalıdır.
Cavab Su filtri vasitəsilə təmizlənmiş suyu qaynatmağa ehtiyac yoxdur. Birbaşa krandan süzərək içmək olar. Hətta suyu qaynatmadan daha çox tövsiyyə olunur.
Həmçinin oxuya bilərsiniz: Yemək yeyərkən su içmək olarmı?
Su filteri haqqında bütün suallarınıza cavab tapmaq və daha çox məlumat almaq üçün bu linkə məhsullara ətraflı baxa bilərsiniz.
Həmçinin oxuya bilərsiniz: Su filtri qiymetleri?
Həmçinin oxuya bilərsiniz: Ən yaxşı su filterləri hansılardır?