Su filteri almaq istəyirsiniz, amma seçimlər çox müxtəlifdir. Satışda ənənəvi tipli su filteri modelləri də var, yeni texnologiyalı smart cihazlar da var. Və seçim etməkdə çətinlik çəkirsiniz? Əmin olun ki, bu yazımızı oxuduqdan sonra asanlıqla doğru seçimi edə biləcəksiniz.
Əvvəlcə sadə su filteri modellərinin üstünlüklərinə nəzər yetirək:
Həmçinin bax: Sadə su filterləri
İndi isə smart su filterinin üstünlüklərinə diqqət edək:
Həmçinin bax: Smart su filterləri
“Bəs hansını seçmək daha məsləhətli olardı?” - deyə düşünürsünüzsə, yazımızın davamına nəzər yetirin.
Təbii ki, seçim edərkən öncə ehtiyacınızı nəzərə almalısınız. Sizin probleminiz nədir və bu problemi ən effektiv şəkildə necə həll edə bilərsiniz?
Əgər müasir texnologiyaları izləyən, onların verdiyi imkanlardan yararlanmaq istəyən birisinizsə, smart(ağıllı) su filteri cihazlarından birinə üstünlük verə bilərsiniz. Su sızmalardan və cihazın filtrlərinin tutulub istəmədiyiniz anda sizi susuz qoymasından da narahat olacaqsınızsa, sizin üçün birdəfəlik həll smart su filterləridir.
Yox əgər sizi sadəcə təmiz su və münasib qiymət maraqlandırırsa, onda sadə tipli su filterləri də sizin ehtiyacınızı tam qarşılayacaq.
Kiçik bir məsləhət: Doğru seçim etmək dedikdə yalnız sadə və smart məhsullar arasında seçim etmək deyil. Hər iki növ məhsul arasında kifayət qədər keyfiyyətli və keyfiyyətsiz seçimlər mövcuddur. Diqqətli olmaq və məhsulların mənşəyini araşdırmaq ilk şərtdir.
Həmçinin oxuya bilərsiniz: Su filteri haqqında ən çox verilən 5 sual
Həmçinin oxuya bilərsiniz: Su filtri və su yumşaltma sisteminin fərqləri
Həmçinin oxuya bilərsiniz: Ən yaxşı su filterləri hansılardır