19.11.2023

Su Yumşaldıcı Filter Alarkən Nələrə Diqqət Etməliyik?

Cod su məişət əşyalarını, boruları, istilik sistemlərini və digər avadanlıqlardı zamanla qalıcı ərpləşməyə məruz qoyur və onların tez sıradan çıxmasına səbəb olur. Cod su və ərpləşməni aradan qaldırmaq üçün ən effektiv yol isə su yumşaldıcı qurğulardır.

Su yumşaldıcılar ion dəyişdirmə texnologiyası ilə suda codluğu artıran ionları aradan qaldırır və ideal yumşaqlığı təmin edir.

Həmçinin oxuya bilərsiniz: Ümumi xətt üçün su təmizləmə sistemləri nələrdir?

 

Bəs su yumşaldıcı filter alarkən nələrə diqqət etməliyik?

 

Bu yazımızda doğru seçim etmək üçün diqqətə almalı olduğunuz əsas amillərdən bəhs edəcəyik:

1. Suyunuzu analiz etdirin

Şəbəkə suları, quyu suları və çaylardan gələn suların xüsusiyyətləri bir-birindən çox fərqlənir. Ona görə də su yumşaldıcı seçiminə suyunuzu yoxlamaqla başlayın. Su mənbəyinizin xüsusiyyətlərini bilmək sizə doğru su yumşaldıcı sistemi seçməyə kömək edəcək. Analiz edərkən suda olan iri çirkləndiricilər, codluq və duzluluq səviyyəsi mütləq ölçülməlidir.

Həmçinin oxuya bilərsiniz: Su yumşaltma necə işləyir?

 

2. Su yumşaltma gücü:

Cihazın su yumşaltma gücü çox kritik amildir. Günlük su istifadənizi nəzərə almaqla, ona uyğun olan su yumşaldıcını seçəlisiniz. Ev tipli su yumşaldıcı cihazların günlük gücü adətən 1 tondan 10 tonadək olur.

 

3. Duz sərfiyyatı və geri yuyma tezliyi:

Su yumşaldıcılar codluğa səbəb olan ionları sudan ayırmaq üçün xüsusi tablet duzdan istifadə edirlər. Buna görə cihazın duz sərfiyyatı və geri yuyma tezliyini nəzərə almalısınız. Duz sərfiyyatına qənaətcil və geri yuma tezliyi az olan cihazların illik baxım xərci digərlərinə nisbətən 30-40% daha azdır.

Həmçinin bax: Qənaətcil su yumşaldıcılar

 

5. Yeri və Quraşdırma Tələbləri:

Su yumşaldıcı cihazı əldə etməzdən öncə mütləq onu harada quraşdıracağınızı dəqiqləşdirməlisiniz. Çünki bu sistemlər üçün ən azı 0,5-2 kvadrat metrlik bir sahə tələb olunacaq. O cümlədən bu cihazlar adətən ümumi su xəttinə qoşulur və qoşulduğu yerdə mütləq kanalizasiyaya çıxış imkanı olmalıdır.

 

Həmçinin seçim edərkən marka, model, istehsalçı, zəmanət kimi nüansları da diqqətdən qaçırmamalısınız. Doğru su yumşaldıcı ilə evinizdə və həyatınızdakı fərqi dərhal hiss edəcəksiniz. Bu linkə keçid edərək su yumşaldıcı çeşidlərinə baxa və onlar haqqında daha çox məlumat ala bilərsiniz.