Çirkli su ilə bağlı problemlərini kökündən həll etmək istəyən hər kəs evin ümumi su xəttinə su təmizləmə sistemi qoymağı düşünür.
Evlərin ümumi xətti üçün əsasən 3 növ su təmizləmə sistemləri tətbiq olunur; Mexaniki filtrlər, su yumşaltma sistemləri və Əks Osmos sistemləri.
Bu filtrlər su girişinə və ya ayrılmış hər hansı bir xəttə qoşula bilər. Əsasən Atlas filtri kimi bilinən mexaniki filtrlərin bir neçə növü var. Bu filtrləri istifadə edərək suda olan palçıq, qum, gil, iri maddələri və xloru təmizləmək mümkündür. Su yumşaltmaq, ərpi aradan qaldırmaq və içməli vəziyyətə gətirmək kimi bir funksiyası isə yoxdur.
Həmçinin bax: Mexaniki filtrlər
Su yumşaltma sistemləri suda ərpləşmənin qarşısını alır. Cod suyu yumşaldır və bütün evdə yumşaq su dövr edir. Beləcə kranlar, istilik sistemləri, paltaryuyan və s. kimi su ilə işləyən məişət avadanlıqları ərpdən xarab olmur. Su yumşaltma sistemi suda olan ərpi aradan qaldırsa ideal içməli su səviyyəsinə çatdırmaq üçün nəzərdə tutulmayıb.
Həmçinin bax: Su yumşaldıcılar
Əks Osmos sistemləri dedikdə mətbəx tipli su filtrləri təsəvvürə gəlsə də, əslində, bu sistemlərin növləri çoxdur. Əsasən sənaye sahələri üçün geniş tətbiq olunsa da evlərin ümumi xətti üçün də Əks Osmos sistemi quraşdırmaq mümkündür. Belə olduğu halda isə su həm iri maddələrdən, həm codluqdan, həm də zərərli mikroorqanizmlərdən azad olur. Beləliklə bütün evdə tam içməli su dövr edir.
Həmçinin bax: Əks Osmos sistemləri
"Görəsən, hansını alsam yaxşı olar?" deyə düşünürsünüz?
Bu sistemlərin hər biri ayrı-ayrılıqda çox vacib avadanlıqlardır. Doğru seçim etmək üçün öncə problemi doğru şəkildə müəyyən etmək lazımdır. Ardınca onu həll edəcək sistemi dəqiqləşdirmək üçün bu linkdən bizimlə əlaqə saxlaya bilərsiniz.