22.02.2022

Su yumşaltma necə işləyir?

Yəqin ki, siz də nə vaxtsa su yumşaltma sistemləri haqqında eşitmisiniz. Bu sistemlərin suya necə təsir etdiyi və necə yumşaltdığı sizə maraqlı gələ bilər. Elə isə bu yazımızı sona qədər oxuyun ki, məsələdən tam agah olasınız. 

 

Su yumşaltma sistemləri necə işləyir?

Tam avtomatik su yumşaltma sistemləri suda ərp yaradan Ca (Kalsium) və Mg (Maqnezium) ionlarını aradan qaldırmaq üçün istifadə olunur.

Birinci proses ion mübadiləsi qətranı (reçina) vasitəsilə suyu yumşaldaraq xəttə ötürür. Müəyyən həcmdən sonra ikinci proses başlayır. Reçina daxili duz qabındakı NaCl vasitəsilə öz-özünü yumağa başlayır. Bu proseslər günboyu davam edir və tam avtomatik şəkildə idarə olunur. Heç bir insan müdaxiləsinə ehtiyac qalmır.

Su yumşaltma sistemi bağ evləri, otellər, qazanxanalar, istixanalar vəs. üçün nəzərdə tutulur və ümumi xəttə qoşulur.💧

Sistemə aşağıdakılar daxil olur:
Önləyici mexaniki Atlas filtr - sudakı iri maddələri, qumu, palçığı, xloru və xlorlu birləşmələri aradan qaldırır.

Yumşaltma sistemi - həcminə görə müxtəlif ölçülü, kabinli və kabinsiz olur. Daxilindəki ion mübadiləsi qətranı (Reçina) vasitəsilə suda ərp yaradan kalsium və maqnezium ionlarını ayırır və özündə saxlayır.

Təyin olunmuş vaxtlarda xüsusi duz məhlulu ilə yenidən özünü təmizləyir və prosesi davamlı şəkildə, insan müdaxiləsi olmadan davam etdirir.
Sistemdən çıxan su ərpsiz, qumsuz, kirəcsiz və çox yüngül olur.

Nəticədə evdə su ilə işləyən bütün texnika ərpdən qorunur, sabun, yuyucu toz, şampun vəs. kimi maddələrin sərfiyyatı azalır.

Əlavə olaraq sərt su səbəbindən dəridə, saçda və gözdə yaranan sağlamlıq problemləri aradan qalxır.

Su yumşaltma sistemlərinə baxış keçirmək üçün bura keçid edin.