Son illərdə demək olar ki, hər kəs su filtrelərindən istifadə etməkdədir. Su filtrlərinə sahib olmayanların isə bu məhsullara ciddi marağının olduğunu görürük. Bu maraqdan dolayı mətbəx üçün su filtrlərinin yüzlərlə fərqli çeşidləri istehsal edilərək alıcılara təqdim olunur.
Belə olan halda alıcılar seçim etməkdə çətinliklərlə üzləşməyə başlayırlar. Çünki su filtri birbaşa sağlamlıq mənbəyi olan su ilə bağlıdır və heç kim keyfiyyətsiz məhsul almaq istəmir. Ona görə də bu yazımızda sizin üçün ən yaxşı su filterlərini seçdik. Seçimimizdə məhsulu istifadə edən şəxslərin rəyləri, istehsalçı haqqında məlumatlar və məhsulların sertifikatlarının olub-olmamasını əsas götürdük!
Türkiyənin “Herbalife Su Arıtma Teknolojileri” firmasının istehsalı olan bu məhsullar sırf Azərbaycan ərazisi üçün nəzərdə tutulub. Yəni, ölkəmizdəki sular analiz edilərək bu su tiplərinə uyğun su filtrləri istehsal edilib. 3 fərqli çeşidi mövcuddur. Ultromax su filtrləri üstün filtrasiya sisteminə, antibakterial örtüyə və su sızmalarına qarşı müdafiə sxeminə malikdir. Bu su təmizləmə sistemləri uyğunluq və gigyenik sertifikatlarına malik azsaylı məhsullardandır. Daha ətraflı məlumat almaq üçün məhsulun adına keçid edin.
Minlərlə alıcının seçimi olan və 5 ildən çoxdur ki, sevilərək istifadə olunan Ortimax su filtrləri ən çox satılan su filtrlərindən biridir. Türkiyə istehsalı olan Ortimax su filtrləri də uyğunluq və gigyenik sertifikatlarına malikdir. 4 fərqli modeli var və bütün büdcələrə uyğun keyfiyyətli məhsul təqdim edir. Daha ətraflı məlumat almaq üçün məhsulun adına keçid edin.
Qapalı filtrləri, yığcam görünüşü və keysdən kənarda yerləşən çəninə görə dar məkanlarda da asanlıqla quraşdırılması mümkündür. Bu su təmizləmə sistemi aşağı seqment məhsullar arasında ən çox sayda istifadəçiyə malik olan qurğulardan biridir.
Yuxarıda qeyd etdiklərimizdən başqa da keyfiyyətli məhsullar çoxdur. Amma eyni zamanda bir o qədər də saxta məhsullar var. Aldanmaq istəmirsinizsə, su filtri seçərkən diqqətli olmalısınız. Bu bloq yazımız məhz sizin üçündür: Su filtri seçərkən nələrə diqqət etməliyik?