09.06.2022

Su filtri seçərkən nələrə diqqət etməliyik?

Son illər mətbəx üçün su filtrlərinə tələb durmadan artır. İstehlakçılara təqdim olunan çoxsaylı çeşidlər arasından doğru seçimi etmək çox vacibdir. Bu tip qurğular istifadəçini sağlam və təmiz su ilə təmin etməlidir. Həmçinin, cihazların uzunömürlü istifadə imkanı da vacib məqamlardandır.

 

Bəs su filtri seçimi edərkən nələrə daha çox diqqət edilməlidir?

 

Mətbəxdəki şərait

İlk öncə mətbəx vannasının altındakı sahənin genişliyi nəzərə alınmalıdır ki, qurğunu rahat yerləşdirmək və gələcəkdə, servis zamanı müdaxilə etmək mümkün olsun. Həmçinin, çox yer tutmamalı, digər əşyaları da yerləşdirməyə mane olmamalıdır.

 

Filtr sayı

Adətən 5 - 6 filtr sayına malik olan su təmizləmə sistemləri daha geniş yayılmışdır. Bu qurğular həm suyu təmizləməli, həm də suyun mineral tərkibini lazımi qədər standartlaşdırmalıdır.

Önləyici filtrlər, membran, son karbon filtr və mineral filtrin olması mütləqdir.

 

Sertifikatlaşdırılması

Seçim edərkən diqqət edilməli digər vacib məqam isə məhsulun sertifikatlaşdırılmasıdır.

Müvafiq idarə və qurumlardan uyğunluq və gigyenik sertifikatlarla təmin olunmuş məhsullara üstünlük verilməlidir. Unutmayaq ki, bu tip avadanlıqlar birbaşa sağlamlığa xidmət edir.

 

İstifadə həcmi

Gündəlik su istifadəsi həcmi nəzərə alınmaqla seçim edilməlidir ki, istənilən halda təmiz sudan kəsintisiz formada istifadə etmək mümükün olsun. Filtrasiya gücü, bak həcmi kimi paramaterlər su filtrinin təmizləmə gücünü təyin edən faktorlardır.

 

Daimi servis

Su filtri daim servis və qulluq tələb edən məişət əşyasıdır. Odur ki, məhsulun ehtiyat hissələrinin asan tapılması, aldığınız şirkət tərəfindən təmin edilməsi və servis xidmətinin göstərilməsi çox vacibdir.

 

Mətbəx üçün su filtrləri ilə tanış olmaq üçün bu linkə keçid edin.