Evlərdə çirkli su probleminə qarşı ən çox iki cür su təmizləmə sistemi tətbiq edilməkdədir. Bunlar mətbəx üçün su filtri və ümumi xətt üçün su yumşaltma sistemləridir. Hər iki sisteminin bir neçə ortaq xüsusiyyəti olsa da, bir-birindən ciddi şəkildə fərqlənir.
Su filtri içməli suyun təmin edilməsi üçün əks osmos sistemi ilə çalışan və maneə funksiyası yerinə yetirən məişət texnikasıdır. Bu tipli cihazlar adətən mətbəxdə quraşdırılır və yalnız içməli su istehsal edir.
Əks osmos texnologiyasna, yəni, membrana malik olan bu sistemlər suyu tam şəkildə təmizləyir. Qum, palçıq və digər iri çirkləndiricilərlə yanaşı olaraq, həm də suyun tərkibində olan zərərli bakteriya, virus, ağır metallar və codluq yaradan ionları da aradan qaldırır.
Həmçinin Filtr suyu necə təmizləyir adlı yazımıza nəzər yetirə bilərsiniz.
Su yumşaldıcılar isə ümumi su xətti üçün quraşdırılır. Bəzən sadəcə kombi girişi üçün də ayrıca quraşdırıla bilər. Bu növ su təmizləmə sistemlərinin əsas funksiyası isə suyun codluğunu aradan qaldırmaqdır. Cod su istifadə edildikdə məişət texnikalarında ərpləşmə meydana gəlir. Bu texnikalara aiddir: Paltaryuyan, qabyuyan, ütü, kranlar, su qarışdırıcıları, duş-kabin, istilik sistemləri, isti döşəmə, kombi, ariston vəs.
Yumşaltma sistemləri suyu ion mübadiləsi üsulu ilə yumşaldır. Daxilində yerləşən ion mübadiləsi qətranı (reçina) adlanan maddə suda codluq yaradan müsbət yüklü ionları öz üzərində toplayır. Bir müddət sonra isə əks yuma ilə özünü təmizləyir.
Həmçinin Su yumşaltma necə işləyir adlı yazımıza nəzər yetirə bilərsiniz.
Göründüyü kimi su yumşaltma sistemlərinin funksiyası suyu içməli vəziyyətə gətirmək deyil. Bu qurğudan çıxan sular əvvəlki suya nisbətdə daha yüngül və yumşaq olsa belə filtrlənmiş su qədər effektiv deyil.
Bəs seçim zamanı hansına üstünlük verməliyik?
Təbii ki, hər iki üsul da öz yerinə görə vacibdir. Seçim edərkən əvvəlcə bu sistemlərin hər hansı birinin niyə lazım olduğuna diqqət etməlisiniz. Bəzi hallarda hər ikisinin birgə tətbiq olunması da lazım ola bilər.
Məhsullara bax: Mətbəx üçün su filtrləri
Məhsullara bax: Su yumşaldıcılar