İnsanların su filtrləri və təmizləmə forması haqqında narahatlıqları var. Əks-Osmos sistemli filtrlərin suyu necə təmizlədiyi barədə ətraflı və mərhələli məlumatı sizinlə bölüşürük.
Mərhələ: 1️⃣
➡️ 12" (inch), 5 mic (mikron) Sediment filtr.
Bu mərhələdə ölçüsü 5 mikrondan böyük hissəciklər və maddələr təmizlənir. (1 mikron = 0.001 millimetr). Bura suya düşmüş iri və xırda maddələr, qum, lil, palçıq, müxtəlif mənşəli tullantılar aiddir.
Sediment filtr, su təmizləyici qurğuların 3 mexaniki önləyici filtrindən birincisidir. Bu mərhələdə su, növbəti, 2-ci mərhələ üçün hazır vəziyyətə gəlir.
Mərhələ 2️⃣
➡️ 12" inch GAC - xırdalanmış aktiv karbon filtr.
Bu mərhələdə karbon dənəciklərinin səthi maye və bərk formada olan maddələri özünə çəkir. Aktivləşdirilmiş karbon filtr sudakı rəng, qoxu, dad, yağlılıq, xloru aradan qaldırır və suyu 3-cü mərhələ üçün hazır vəziyyətə gətirir.
Mərhələ 3️⃣
➡️ 12" (inch), 1 mic (mikron) CTO - Preslənmiş aktiv karbon filtr.
CTO (Chlorine, Taste, Odor) filtr, özündən əvvəl, xırdalanmış aktiv karbon filtrdən keçərək gələn, ölçüsü 1 mikronadək olan xlor və xlor birləşmələrini, xüsusi narahatedici dadı və qoxunu aradan qaldırır.
3 mexaniki filtrdən sonuncusu olan CTO filtrdən sonra, su, əsas təmizləyici element olan membran üçün hazır vəziyyətə gəlir.
Mərhələ 4️⃣
➡️ 5-7 angstron LG Membran (1 angstron = 0.000001 mm)
Su təmizlənmə prosesində ən əsas mərhələ olan membran, əks-Osmos elementi hesab olunur və bir girişə, iki çıxışa malik olur.
Bu mərhələdə su bioloji-bakterioloji olaraq təmizlənir və suyun tərkibindəki mikrob, virus, zərərli bakteriyalar aradan qaldırılır.
Mərhələ 5️⃣
➡️ Son post karbon (kakos) filtr.
Tərkibində yalnızca Hindistan qozu qabığında və yer altında olan minerallar mövcuddur. Beləcə, suda acılıq, dadsızlıq vəs. kimi problemlər olmur, su daha təravətli və təmiz qalır.
Mərhələ 6️⃣
➡️ Mineral-Alkalin(ph) filtr.
Su təmizləmə prosesində sonuncu mərhələ olan mineral-alkalin filtr, əvvəlki aşamalarda itirilmiş mineralları bərpa edir və suyun PH (qələvi) əmsalını stabilləşdirir.
İçməli su filtrlərinə baxış keçirmək üçün bura keçid edin.