15.09.2022

Su filtri nədir və nə üçün istifadə etməliyik?

Son illər ölkəmizdə və dünyada su təmizləmə sistemlərinə marağın artması diqqət cəlb edir. Bu cür avadanlıqların həm evlər, həm də sənaye sahələrdində istifadəsi durmadan artmaqdadır. Bəs bu qurğular haqqında nə qədər məlumat sahibiyik və ya bildiyimiz məlumatlar doğrudurmu? Su filtrləri haqqında geniş məlumat almaq üçün bu yazımızı mütləq oxumalısınız!

 

Su filtri nədir?

Su filtra dedikdə adətən evlər üçün nəzərdə tutulmuş mətbəx tipli su təmizləmə sistemləri nəzərdə tutulur. Bu sistemlərin əsas funksiyası suyu çirkləndiricilərdən təmizləməkdir. Əks-osmos, UV şüa, ionizasiya texnologiyaları ilə çalışan sistemlər mövcuddur. Bunlardan ən geniş yayılmış olan isə Əks-osmos texnologiyalı su filtrləridir.

Əks-osmos elementi – membrandır. Membran mirko ölçüdə məsamələrə malik olan mərhələdir. Bu mərhələdə su ağır metallar, ərp yaradan ionlar, xlorlu birləşmələr, kimyəvi tullantılardan təmizlənir. Buna qədər isə mexaniki təmizləmə mərhələləri artıq suyu iri maddələrdən təmizləmiş olur.

Əks-osmos texnologiyası təbiətdə su təmizləmə prosesindən ilhamlanaraq ərsəyə gətirilmişdir. Ona görə də bu tipli su filtrləri suyu təmizləyərkən heç bir kimyəvi təsirə məruz qoymur.

Su təmizləmə sistemlərinin növləri

Su təmizləmə çox geniş sahələri əhatə edir. Evlərdən əlavə olaraq restoranlar, otellər, xəstəxanalar, istixanalar, içməli su istehsalı sexləri və digər sənaye sahələrində də su təmizləmədən istifadə olunması mütləqdir.

Buna görə də su filtrlərinin mexaniki, içməli su, yumşaldıcı, sənaye tipli, iri həcmli Əks-osmos növləri mövcuddur. Bu növlər öz növbəsində yaranmış problemə görə müxtəlif modifikasiyalara salına bilir.

Su filtrlərinin faydaları nələrdir?

Su filtrlərinin, daha doğrusu təmiz suyun insan sağlamlığı üçün nə dərəcədə vacib olduğu hər kəsə yaxşı məlumdur. Bundan əlavə olaraq təmiz su ilə hazırlanmış çaylar, qəhvələr və yeməklər çox daha ləzzətli olur. İstənilən qədər, birbaşa krandan süzərək su içmək mümkündür və bu su köplük, şişkinlik yaratmır. Təmizlənmiş suyun insan sağlamlığına rəsmi olaraq təsdiqlənmiş heç bir zərəri müəyyən edilməmişdir.

 

Filtlənmiş su haqqında daha geniş yazımızı oxumaq üçün isə bura keçid edin.

Su filtrinin suyu necə təmizlədiyi haqqında məlumat almaq üçün bura keçid edin.

Su filtri çeşidləri haqqında məlumat almaq üçün bura keçid edin.