24.04.2023

Soyuq, yoxsa isti su içməliyik?

Bədən temperaturunu tənzimləmək, toksinləri, zərərli maddələri bədəndən atmaq və sağlam həz prosesi üçün su əvəzolunmazdır. Amma suyun temperaturu da onun faydalarına təsir edə bilər.

Bəs Soyuq, Yoxsa İsti Su İçməliyik?

İsti su içməyin faydaları

İsti su içmək həzm sisteminin düzgün işləməsi üçün çox faydalıdır. Yeməkdən öncə bir stəkan isti və ya ilıq su içmək həzm sisteminizi stimullaşdırır, bağırsaqları rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir.

Xüsusilə səhərlər ac qarına bir stəkan isti su içmək həzmi sürətləndirir. Səhər suya bir dilim limon əlavə edərək suyun dadını yaxşılaşdıra və hüceyrələrin yenilənməsinə kömək edə bilərsiniz.

Həmçinin, isti su toksinlərin bədəndən daha tez çıxarılmasında və yuxarı tənəffüs yollarını açmaqda da faydalıdır. İsti suyun ən böyük faydalarından biri də qan dövranını sürətləndirərək ağrıları azaltmasıdır. İsti su xüsusilə oynaq ağrılarına yaxşı gəlir.

Soyuq su içməyin faydaları

İsti yay aylarını soyuq su olmadan təsəvvür etmək çətindir. Bu havalarda yetərli miqdarda soyuq su içmək orqanizmi rahatladır. Bununla yanaşı olaraq isti havalarda soyuq su içmək bizi gün vurma təhlükəsinə qarşı qoruyur. Belə havalarda bədən temperaturu artdığından soyuq su istifadəsini gözardı etmək olmaz.

Soyuq su içmək bəzən həzm sisteminizə zərər də verə bilər. Soyuq su içmək mədə və bağırsaqları daraldır, həzm prosesini yavaşladır və narahatlığa səbəb ola bilər. Buna görə də yeməkdən əvvəl soyuq su içməkdən çəkinmək lazımdır. Əvəzində yeməkdən sonra isti su içməyiniz orqanizminiz üçün daha faydalı olacaqdır.

Yaxşı, bəs hansı daha faydalıdır?

Əslində, içdiyiniz suyun temperaturu şəxsi seçimləriniz, havanın temperaturu, suyu içdiyiniz zaman və orqanizmin vəziyyətinə görə fərqli ola bilər.

İsti havada sərinləmək istəyirsinizsə, soyuq su içməkdən çəkinməməlisiniz. İstər soyuq olsun, istərsə də isti su içərkən özünüzü rahat hiss etdiyiniz müddətcə hər ikisi sağlamdır. Sadəcə olaraq yuxarıda qeyd etdiyimiz nüanslara diqqət etməyiniz kifayətdir.

Həmçinin bax: Yemək yeyərkən su içmək olarmı?

Həmçinin bax: Gündə nə qədər su içməliyik?

Həmçinin bax: Səhər acqarına su içməyin faydaları