Hər gün mütləq su içməyin sağlamlıq üçün çox faydalı olduğu artıq hamıya məlumdur. Qəbul etməli olduğumuz suyun miqdarı isə bədən çəkimizə uyğun olaraq tənzimləndiyindən burada bir mütənasiblik var. Hansı bədən çəkisinə görə nə qədər su içməli olduğumuzla aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Ümumiyyətlə bu həcm yalnız suya aiddir. Buraya qəbul etdiyimiz digər içkilər, çaylar, meyvə şirələri vəs. daxil deyil. Çəkinizə uyğun bu həcmi bir dəfəyə yox, gün ərzində fasilələrlə qəbul edə bilərsiniz. Əsasən səhərlər və yatmazdan öncə gecələr su qəbul etmək mütləqdir.
Daimi su içmək vərdişinə yiyələnmək üçün ilk vaxtlarda limon və digər meyvələrdən əlavə edə bilərsiniz. Bu həm görünüşü gözəlləşdirəcək, həm də suyu canlandıracaq. Mütəxəssizlərin rəyinə görə adicə bir yaşıl, təravətli yarpaq belə içdiyimiz suyu canlandıra bilir.
Digər vacib məsələ isə içdiyimiz suyun tərkibi və keyfiyyəti ilə bağıdır. Suyun təmizliyinə xüsusi diqqət ayırmaq lazımdır. Əsl içməli suyun necə olmalı olduğunu isə bu link-dən keçid edərək öyrənə bilərsiniz.