12.12.2022

Qış aylarında su içməyin 5 faydası

İsti yay günlərində bədənimizdə susuzluq hissi çox tez-tez özünü göstərir və su içmək tələb olunur. Qışda isə vəziyyət bir qədər fərqli olur. Soyuq havalarda bədəndə susuzluq hissi çox gec yaranır. Amma bu o demək deyil ki, bədənin suya ehtiyacı yoxdur. Tərləmə, sidik ifrazı ilə yanaşı, hətta tənəffüs zamanı da bədəndə su itkisi yaranır. Ona görə də digər vaxtlarda olduğu kimi, qışda da lazımi miqdarda su qəbul etmək lazımdır.

 

Həmçinin bax: Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?

 

Xüsusilə qışda su içməyin insan sağlamlığı üçün bir çox faydaları var. Bu yazımızda 5 vacib faydadan danışacağıq.

 

  1. İmmun sistemini gücləndirir. Mütəmadi su içmək həzm və ifrazat sistemlərinin düzgün işləməsini təmin edir. Ona görə zərərli maddələrin bədəndən atılması sürətlənir və immun sistemi xəstəliklərə qarşı daha güclü olur.

 

  1. Bədənin hərarətini normallaşdırır. Qış aylarında bəzi xəstəliklər bədəndə hərarətin artmasına səbəb olur. Bədən isə tərləyərək ideal temperaturuna çatmağa çalışır. Bədən susuz qaldıqda isə tərləmə prosesi davam etməz və bu hərarətin enməsinə mane olar.

 

  1. Dəri nəminin qorunmasını təmin edir. Bu havalarda nəm səviyyəsinin aşağı olması dəridə nəmliyin azalmasına və dərinin üst qatında qabarıqlara yol açır. Dərinin nəmliyini qorumaq üçün bədənin içməli suya olan tələbatını tam qarşılamaq lazımdır.

 

  1. Əhval-ruhiyyənizi yaxşılaşdırır. Qışda gecələr daha uzun olduğundan yuxululuq və yorğunluq hissi artır. Qışda kifayət qədər su içmək daha asan oyanmağınıza, gün ərzində hiss etdiyiniz yuxululuqdan qurtulmağınıza, diqqətinizi daha asan cəmləməyə və daha xoşbəxt hiss etmənizə yardımçı olur.

 

  1. Kökəlməyə qarşı təsir göstərir. Qışda insanlar daha az hərəkətli olmağa meyilli olur və tez-tez qidalanır. Bu isə istənilməyən çəki artımına səbəb ola bilər. Eyni zamanda su içmək həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Ona görə də qış aylarında bol miqdarda su içməyə çalışın.

 

Həmçinin bax: Yemək yeyərkən su içmək olarmı?

Həmçinin bax: Gecə yatmazdan öncə və səhər su içməyin faydaları?

Həmçinin bax: İçməli su necə olmalıdır?