05.08.2022

Ofislər üçün su təmizləmə həlləri

Su fiziki və zehni fəaliyyəti yaxşılaşdırmaq gücünə malikdir. Bədənin idarəetmə mərkəzi olan beynin də digər orqanlar kimi düzgün işləməsi üçün suya ehtiyacı var. Uzun sürən susuzluqda unutqanlıq, diqqətsizlik, yuxusuzluq, qavrayışın və hərəkətlərin zəifləməsi, əsəbilik baş verir.

Ona görə də təmiz su qəbulu stresdən uzaq qalmağa və iş fəaliyyətinin səmərəli olmasına yardımçı olur.

 

Ofis heyətinin təmiz su ehtiyacını ödəyə bilməsi üçün bir neçə həll yolu mümkündür. Bu yazımızda həmin variantlar haqqında ətraflı məlumat verəcəyik.

 

1.Kiçik qablarda hazır sular almaq. Bu üsulla gündəlik su ehtiyacını müəyyən qədər qarşılamaq olsa da məhdud istifadə imkanlarına görə əlverişsizdir. Daimi istifadə zamanı isə ciddi xərclərə gətirib çıxarır.

 

 

2.Dispenser və 19lt su. Bu formanı həyata keçirmək üçün ilk öncə dispenser qurğusu əldə etmək, daha sonra isə daimi olaraq qablaşdırılmış su almaq tələb olunur. Bu variant böyük xərclərlə yanaşı, həm də sağlamlıq nöqteyi-nəzərdən səmərəsizdir. Çünki suyun plastik qabda saxlanılması tərkibində mənfi yönlü dəyişmələrə səbəb ola bilər.

 

3.Ev tipli su təmizləmə sistemi. Ofis mühitində mətbəx tipli su filtrini quraşdırmaq üçün şərait mövcud olduğu halda bu variant ən yaxşı seçimlərdən biri olacaqdır. Su filtri quraşdırıldıqdan sonra hər kəs kranı açaraq birbaşa təmiz və yaxşı qorunmuş sudan istifadə edə biləcək.

 

Mətbəx üçün su filtri çeşidləri ilə tanış olmaq üçün bu şəklin üzərinə basın.

 

4.Su təmizləmə dispenseri. Ən yaxşı həll yolu isə su təmizləmə dispenseridir. Bu qurğular suyu ev tipli su filtrləri səviyyəsində təmizləyir. Xüsusi estetik dizayna malik olduğuna görə isə ofisin ümumi aurasını pozmur. Əsas özəlliklərindən biri isə suyu təmizlədikdən sonra həm isti, həm də soyuq formaya sala bilməsidir. Yayda sərinləmək üçün buz kimi təmiz su, digər zamanlarda isə isti kofe içmək üçün ən əlverişli variant su təmizləmə dispenseridir.

 

Su təmizləmə dispenserinə baxış keçirmək üçün bu şəklin üzərinə basın.