Bir çox məişət texnikalarının işi birbaşa su ilə bağlı olduğundan, suyun bu cihazlara təsiri də qaçılmazdır.
Bir çox hallarda, çirkli su bu tip qurğuların çalışmasına mane olmaqla yanaşı, onun effektivliyini də xeyli dərəcədə azaldır.
Paltaryuyan, qabyuyan, ütü vəs. bu kimi məişət cihazları bunlara aiddir.
Paltaryuyan maşınlar üçün ən büyük təhlükə yüksək codluq dərəcəsinə malik olan sulardır. Bu sularda çox olan Ca (Kalsium) və Mg (Maqnezium) ionları qalıcı ərpləşmə yaradır və mexanizmin tez-tez sıradan çıxmasına səbəb olur.
Həmçinin, əlavə enerji və yuyucu-yumşaldıcı toz sərfiyyatı da qaçılmaz olur.
Ütülərdə isə eyni səbəbdən iş effektvliyi azalır və hamar səthlərdə saralma, ərpləşmə baş verir. Beləliklə, bu qurğular da tez sıradan çıxır.
Ümumiyyətlə isə lazımi həddən yuxarı codluğa malik sular nəinki məişət texnikasını, hətta evin bütün istilik sistemini, kranları, duşları vəs. sıradan çıxarır.
Bu problemin həlli isə suyu normal həddə qədər yumşaltmaqdır. Bunun üçün xüsusi su yumşaltma cihazları ən geniş yayılmış vasitədir.
Su yumşaltma sistemləri haqqında daha ətraflı məlumatı bu linkdən keçid edərək oxuya bilərsiniz.
Həmçinin bax: Məişət əşyalarını ərpdən necə qorumaq olar? Buradan oxu