22.08.2022

İdmanla məşğul olarkən sudan istifadə necə olmalıdır?

İdmanla məşğul olarkən sudan istifadə necə olmalıdır?

Su bədənin fiziki fəaliyyətini yaxşılaşdırmaqda çox vacib rol oynayır. Gün ərzində lazımi miqdarda su içmək həm sağlamlığa, həm də müsbət əhval-ruhiyyədə olmağa kömək edir. Fiziki fəaliyyətin çox olduğu hallarda isə normal hallara nisbətən sudan istifadə müəyyən qədər fərqlənə bilər. Bu yazımızda idmanla məşğul olarkən sudan istifadə qaydaları haqqında danışmışıq.
 

 

Məşqdən əvvəl su içmək

Məşqdən 2 saat öncə bədən çəkisindən asılı olaraq 0,5-1 litr arasında su içmək lazımdır ki, hərəkətləri yerinə yetirərkən bədəndə susuzluq yaranmasın. Əks-halda yorğunluq və zəiflik hissi çox tez gələ bilər.

 

Məşq sırasında su içmək

Məşq zamanı isə minimum 1-1,5 litr su qəbul etmək tərlə bədəndən xaric olan suyu əvəzləyir, fiziki cəhətdən yorğunluq və halsızlıqların qarşısını alır. Su içərkən təyin olunmuş həcmdə suyu bir dəfəyə içmək olmaz. Hərəkətlər bitənə qədər yanaşmalar arasında, az-az su içmək tövsiyə olunur. Əks halda, çox su içərək qarnımızı su ilə dolduracağıq. Bu isə bədəndə ağırlığa səbəb olduğundan hərəkətliliyimiz azala bilər.


Məşqdən sonra su içmək

Məşqdən sonra su içmək əvvəl və məşq sırasında su içmək qədər vacibdir. Bu zaman bədənin su balansı normallaşacaq, yorğunluq və halsızlıq aradan qalxacaq. Həmçinin idmandan sonra içilən su məşq zamanı zədələnmiş əzələ qruplarının sürətli şəkildə sağalmasına kömək edir.

 

Su necə olmalıdır?

Su insan bədənində daşıyıcı funksiya yerinə yetirir. Bütün hallarda olduğu kimi idman zamanı da içilən su tərkibcə təmiz və keyfiyyətli olmalıdır. Su şəffaf, iysiz, dadsız olmalı və mədədə köp əmələ gətirməməlidir. 

İçməli su necə olmalıdır adlı bloqumuzu buradan keçir edərək oxuyun.


Gündəlik həyatımızda sağlamlığın açarı olan su içməyi heç vaxt unutmamalıyıq.