Bir çox insanların su təmizləyici filtrlərə münasibəti heç də yaxşı deyil. Buna səbəb doğru olduğu zənn edilən, amma, əslində yanlış fikirlərdir.
Bəzilərimiz filtrin "ölü su" verdiyinə inanırıq. Əslində isə əks-osmos texnologiyası ilə çalışan su təmizləyici sistemlərdə suyun kimyəvi tərkibinə heç bir müdaxilə olmadan, yalnız və yalnız fiziki proseslər həyata keçirilir. Bunlar ənənəvi təmizləmə sistemlərinin müasirləşdirilmiş formasıdır.
Su həm mexaniki, həm də bioloji və bakterioloji təmizləmədən keçərək, son mərhələdə təravətini və mineral tərkibini tam şəkildə bərpa edir.